“Yaxşı pul qazanıram”

Keçən yanvarda fiqurlu konkisürmədən təqaüdə çıxdığını elan edən və hazırda məşqçi kimi çalışan rusiyalı fiqurlu konkisürən Stanislava Konstantinova qazancı barədə danışıb.

Allsport.az xəbər verir ki, 23 yaşlı məşqçi yaxşı qazandığını etiraf edib:

“Xoşbəxtlikdən indi fiqurlu konkisürmə mənə yaxşı gəlir gətirir. Yaxşı pul qazanıram. Özümü tam təmin edə bilirəm. Hətta lazım olduğundan da artıq. Əlbəttə ki, mükəmməlliyin heç bir həddi yoxdur, amma mənim bir minimumum var ki, bu da ümumiyyətlə mənə hazırda uyğun gəlir. Heç bir ciddi ehtiyacım yoxdur”.

Həmin kateqoriyadan