Yeni layihə azarkeşləri və tərəfdaşları “Alfa Romeo”ya daha yaxın edəcək

Allsport.az saytı xəbər verir ki, qarşıdan gələn mövsümün başlaması ərəfəsində “Alfa Romeo” komandası “Get Kloser” adlı sənədli serial təqdim edib. Bu il çempionat zamanı böyük videomateriallar çəkiləcək, bundan sonra azarkeşlər İsveçrə komandasının trasdan kənar yarış həyatı ilə yaxından tanış olacaqlar. “Get Kloser” həmçinin “Alfa Romeo” – Sauberın sosial media kanallarının rəsmi həştaqıdır.

Bu layihə azarkeşləri və tərəfdaşları komandaya daha yaxın olmağa imkan yaradır. “Alfa Romeo”nun fəlsəfəsi bütün insanların uğur qazanmağda rolunun olduğunu qeyd etməkdir. Paylaşılan videoçarx bütün şirkətin təqdimatıdır.

Hər kəs Formula-1 yarışlarının komanda idmanı olduğunu deyir, burada məqsədyönlü və yaxşı işçi qüvvəsi olmadan heç nəyə nail olmaq mümkün deyil. Çox güman ki, növbəti bölümlər daha mənalı olacaq. Mövsüm ərzində ayrı-ayrı hekayələrə həsr olunmuş epizodlar nümayiş olunacaq.

Həmin kateqoriyadan