Yeni mövsümdən yürüşçülər əyləcdən yersiz istifadəyə görə cərimələnəcəklər

Formula1 yeni reqlamentinə uyğun olaraq əyləc disklərindən istifadənin yol verilən həddini aşan avtoyürüşçülər start meydanında mövqe tutmaq hüququndan məhrum ediləcəklər.

Allsport.az saytı xəbər verir ki, əyləclərin hər dəsti bir yürüş üçün nəzərdə tutulacaq. Bu həddi aşan yürüşçü birinci dəfə qayda pozuntusuna görə start meydanında üç mövqe, ikinci və hər sonrakı dəfə qayda pozuntusuna görə iki mövqe itirəcək.

Bu halda qabaq və arxa əyləc dəstləri ayrı-ayrılıqda hesaba alınır. Başqa sözlə desək, əgər avtoyürüşçü eyni vaxtda həm qabaq, həm də arxa əyləcləri plandan əlavə dəyişməli olarsa, start meydanında 6 mövqe itirəcək

Yeni reqlamentə görə maşınların sürəti azalacaq və yürüşçülər bu dəyişikliyə görə narazı olduqlarını bildiriblər.

Həmin kateqoriyadan