Yeni prezident, yeni ad

Azərbaycan ağırlıqqaldırma federasiyasında prezident seçkiləri keçirilib.

Allsport.az xəbər verir ki, bu gün baş tutan növbədənkənar ümumi yığıncaqda Azərbaycan sənaye korporasiyasının baş direktoru Kamran Nəbizadə yeni prezidenti seçilib.

Firdovsi UmudovMirsəməd Mövsümzadə isə vitse-prezident vəzifəsində yer alıblar.

Gənclər və idman nazirliyinin inzibati binasında keçirilən tədbirdə federasiyanın adının dəyişdirilməsi də qərara alınıb. Azərbaycan ağır atletika federasiyası bundan sonra Azərbaycan ağırlıqqaldırma federasiyası kimi qəbul olunacaq.

Həmin kateqoriyadan