“Yeni reqlamenti düzgün anlamadıq və indi vəziyyəti düzəltmək üçün çalışırıq”

“Yeni reqlamenti düzgün anlamadıq və indi vəziyyəti düzəltmək üçün çalışırıq”

“Mersedes”in sürücüsü Lüis Həmilton, artıq çempionluq barədə düşünmür. Allsport.az saytı xəbər verir ki, britaniyalı dünən sprint yarışında 14-cü yeri tutub. İtaliya mükafat yarışından sonra, 7-qat dünya çempionu mövcüd durumla bağlı fikrini bildirib:

“Komandamızda hamının çox gərgin işləməsinə baxmayaraq, nəticələr qənaətbəxş deyil. Yeni reqlamenti düzgün anlamadıq və indi vəziyyəti düzəltmək üçün çalışırıq.

“Gümüşü oxlar” uzun illər çətin dövrlər yaşadı. 2013-cü il də mövsümə uğursuz başlasaq da, sonradan daha sürətləndik. Komanda olaraq çox motivasiyalıyıq. Hazırkı nəticə ilə çempionluq üçün mübarizə aparmırıq. Maşını təkmilləşdirmək üçün əlimizdən gələni edirik”.

Aynur MEHDİYEVA

Həmin kateqoriyadan