“Yenidən aşiq oldum”

Məşhur fiqurlu konkisürən Roman Kostomarovun həyat yoldaşı Oksana Domnina ötən il ağır xəstəlik nəticəsində ayağını və əlini itirən olimpiya çempionu ilə yenidən eşq yaşadığını etiraf edib.

Allsport.az xəbər verir ki, bu barədə o, “yutub” kanalında açıqlama verib:

“Mən sevindim, indi ucadan deyəcəm, düşünürəm ki, yenidən aşiq oldum. O, mənə inanılmaz dərəcədə fərqli bir tərəf açdı. Mən tamamilə fərqli bir insanı, onun başqa bir üzünü tanıdım. Səbri… Bəli, səbirsizliyi var, bir anda hər şeyə ehtiyacı var. Həmişə olub, amma indi deyirəm: “Özünə vaxt ayır”. Hər şeyin dərhal sağalmasını istəyirsən ki, gedib qaça biləsən. Belə olmur. Özünüzə vaxt verin. Və bəzi yeni keyfiyyətlər məni sadəcə sevindirdi”.

Həmin kateqoriyadan