Yeniyetmə oğlan həndbolçular arasında zona birinciliyi

Martın 21-də Göygöl olimpiya idman kompleksində həndbol üzrə 2008-ci il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə oğlanlar arasında Azərbaycan birinciliyinin zona yarışlarına start veriləcək.

Allsport.az saytı xəbər verir ki, turnirdə Gəncə, Mingəçevir, Göygöl, Qazax və Şirvanı təmsil edən komandalar qələbə uğrunda mübarizə aparacaqlar.

Martın 22-dək davam edəcək yarışda qalib gələn komandalar iyun ayında Bakıda təşkil olunacaq Azərbaycan birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Həmin kateqoriyadan