Yeniyetmə qılıncoynadanlardan təmiz idman üçün həmrəylik

Texniki universitetinin idman sarayında yeniyetmələrin ölkə birinciliyində təmiz idman dəyərləri təbliğ olunub.

Allsport.az saytı xəbər verir ki, qılıncoynadanlarımız milli antidopinq agentliyinin lövhəsinin önündə təmiz idmana dəstək şüarlarını səsləndirməklə yanaşı, həm də Ümumdünya antidopinq agentliyinin antidopinq biliyi testinə böyük maraq göstəriblər.

İdmançıların bir çoxu “Ipad” üzərindən test suallarını düzgün cavablandıraraq AMADA-nın xatirə suvenirlərini hədiyyə olaraq qazanıblar.

Həmin kateqoriyadan