- Baxış sayı: 68
- 07 Avqust 2026 16:57
- Baxış sayı: 203
- Avqust 05, 2026
- 0

“Çikaqo” müdafiəçi Nikita Zayçevi zədəlilər siyahısına salıb.
Allsport.az xəbər verir ki, rusiyalı futbolçu sağ dizindən xəsarət alıb. 32 yaşlı Zayçev NHL-in müntəzəm mövsümündə “San Xose” ilə oyunda (2:1 B) sıradan çıxıb. O, buz üzərində 8 dəqiqə 46 saniyə vaxt keçirib və 3-cü hissədə məcburi əvəzlənib.
Bu mövsüm o, 26 matçda “+2” faydalı göstərici ilə 7 (2+5) xal toplayıb.