“Zirvə Astara” ardıcıl 3-cü qələbəsini qazanıb

Allsport.az xəbər verir ki, bu gün “Sərhədçi” idman mərkəzində, 27-ci turun açılış oyunu baş tutub.

Play ofdan kənarda qalmış “Neftçi” və “Zirvə Astara” komandalarının üz-üzə gəldiyi oyunun yekununda, Şəhriyar Əsgərovun rəhbərlik etdiyi “Zirvə Astara” basketbolçuları rəqibləri üzərində 103:90 hesablı qələbə qazanıblar.

Ən məhsuldar basketbolçular: “Neftçi” (Zaur Quşanov – 27 xal, 9 götürmə), “Zirvə Astara” (Cerret Henderson – 32 xal, 8 götürmə)

Qeyd edək ki, turun digər oyunları ( “Sərhədçi” – “Sabah”, “Gəncə” – NTD, “Olimpik Şəki” – “AAAF Xırdalan” ) 20, 22 və 23 aprel tarixlərində baş tutacaq

Həmin kateqoriyadan