“Əgər kəmərlərə sahibsinizsə, deməli, siz ən yaxşısınız”

Allsport.az xəbər verir ki, məğlub olmayan rusiyalı boksçu, WBA versiyası üzrə yüngül çəkidə dünya çempionu Dmitri Bivol özündən sonra kimin bu kateqoriyada ən yaxşı olduğunu açıqlayıb:

“Hazırda bu, Saul Canelo Alvaresdir! O, kəmərlərə sahibdir, ona görə də super orta çəkidə ən yaxşısıdır. Benavidez və Morrel? Onlar sübut etməlidirlər, kəmərlər qazanmalıdırlar. Sonra artıq bu barədə danışarıq. Bizim qaydalarımız var! Əgər kəmərlərə sahibsinizsə, deməli, siz ən yaxşısınız”.

Həmin kateqoriyadan