Əli və Hüseyn qardaşlarından növbəti uğur

Azərbaycan gimnastları Hüseyn və Əli Xəlilovlar Novosibirskdə olimpiya çempionu Yevgeni Podqornı və olimpiya oyunlarının gümüş mükafatçısı İvan Stretoviçin mükafatları uğrunda keçirilən Ümumrusiya yarışlarında uğurla çıxış ediblər.

Allsport.az saytı xəbər verir ki, müxtəlif yaş qruplarında çıxış edən həmyerlilərimiz 2-si qızıl olmaqla, 10 mükafat qazanıblar. Onların çıxışlarını məşhur rusiyalı idmançılar, o cümlədən yunan-Roma güləşi üzrə 3-qat olimpiya çempionu Aleksandr Karelin izləyib.

Xatırladaq ki, gənc gimnastlar ilk addımlarını Azərbaycanda atıblar.

Həmin kateqoriyadan