10 gimnastımız finalda

Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Maya şəhərində keçirilən dünya kubokunda uğurlu çıxış edir.

Allsport.az xəbər verir ki, yığmamızın 10 üzvü final mərhələsinə vəsiqə qazanıb.

Ağasif Rəhimov və Raziyə Seyidli ilə Sabir Ağayev və Milana Əliyeva qarışıq cütlüyü həlledici mərhələdə yarışacaq. Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüyü yüksək yerlər uğrunda mübarizə aparacaq. Riad Səfərov, Abdulla Əl-Məşayxi, Seymur Cəfərov və Rəsul Seyidli kişi qrupu finala yüksəlib.

Həmin kateqoriyadan