11-ci turda sensasiya: “İdman Akademiyası” son ölkə çempionunu məğlub etdi

“AHF arena”da qadın həndbolçuların yüksək liqasında növbəti oyunlar keçirilib. Allsport.az saytı xəbər verir ki, 11-ci turda sensasiya qeydə alınıb: “İdman Akademiyası” son ölkə çempionuna qalib gəlib. Bu, klubun tarixində bu rəqibə qarşı ilk qələbədir. Çingiz Əzimovun komandası sabahsı günü yenilginin əvəzini artıqlaması ilə çıxıb:

11-ci tur
“Azəryol” – “İdman Akademiyası” 29:31 (27:27), (16:16)
U-16 – “Azərsu” 18:31 (6:16)

12-cı tur
“Azərsu” – U-16 22:23 (7:14)
“İdman Akademiyası” – “Azəryol” 26:44 (12:26)

Yeni reqlamentə əsasən, qələbəyə görə 3 xal verilir. Matç heç-heçə bitərsə, dərhal 7-metrlik cərimə zərbələri təyin olunur. Qalibə 2 xal, yenilənə 1 xal verilir.

Həmin kateqoriyadan