2 gimnastımız finalda 

Bakıda keçirilən batut gimnastikası üzrə dünya kuboku davam edir.

Allsport.az xəbər verir ki, tamblinq yarışlarında final mərhələsinin iştirakçıları bəlli olub.

Azərbaycanın iki gimnastı mükafatlar uğrunda mübarizəni davam etdirmək hüququ qazanıb. İkiqat dünya çempionu Mixail Malkin yarımfinalda birinci olub – 58,700 xal. Komanda yarışında dünya çempionu Adil Hacızadə isə 57,100 xalla ikinci yeri tutub. Yarımfinalda dördüncü olan Tofiq Əliyev finala hər ölkədən iki gimnast çıxdığı üçün mübarizəni dayandırıb.

Qeyd edək ki, qadınların batutdakı fərdi yarışlarında çıxış edən Səlcan Mahmudova finala yüksələ biməyib.

Həmin kateqoriyadan