- Baxış sayı: 56
- 10 Noyabr 2026 23:45
- Baxış sayı: 343
- Noyabr 09, 2026
- 0
Azərbaycan gimnastları Niderlandın Alkmaar şəhərində batut gimnastikası üzrə keçirilən “Dutch Trampoline Open 2024”də uğurlu çıxış ediblər.
Allsport.az xəbər verir ki, təmsilçilərimiz beynəlxalq turnirdə 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıblar.
Sinxron proqramda çıxış edən Əli Niftəliyev və Ammar Baxşaliyev fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Hüseyn Abbasov və Nicat Mirzəyev gümüş, Fərhad Mustafayev və İbrahim Mustafazadə isə bürünc medala sahib çıxıblar.