4 hərəkətdə qalib bəlli olub

Bədii gimnastika üzrə Azərbaycan çempionatının son günündə ilk mükafatlandırma mərasimləri baş tutub.

Allsport.az xəbər verir ki, yeniyetmələr ayrı-ayrı hərəkətlərdə qalib və mükafatçıları müəyyənləşdiriblər.

Azadə Atakişiyeva halqa və topla, Maya Kozaçuk lent və gürzlərlə hərəkətdə çempion olub.

Halqa: 1. Azadə Atakişiyeva, 2. Maya Kozaçuk, 3. Nur Sadıxova;

Top: 1. Azadə Atakişiyeva, 2. Maya Kozaçuk, 3. Alina Kolesnikova;

Gürzlər: 1. Maya Kozaçuk, 2. Yelizaveta Yefremova, 3. Azadə Atakişiyeva;

Lent: 1. Maya Kozaçuk, 2. Azadə Atakişiyeva, 3. Yelizaveta Yefremova.

Yarışın axşam sessiyasında gənclər və böyüklər arasında final mərhələləri keçiriləcək.

Həmin kateqoriyadan