AGF-dən beynəlxalq tədbir

Azərbaycan gimnastika federasiyası 1-2 iyunda “Gimnastika hamı üçün” növü üzrə 2-ci Bakı beynəlxalq “Çağırış” keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yaşından və fiziki hazırlıq səviyyəsindən aslı olmayaraq, bütün insanları birləşdirəcək bu gimnastika bayramında Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də xarici ölkələrdən, ümumilikdə, 60-a yaxın komanda iştirak edəcək.

Onlar 2 yaş kateqoriyası – 50 yaşdan aşağı və 50 yaşdan yuxarı proqramları üzrə mübarizə aparacaqlar. Bu möhtəşəm tədbir gimnastikanın sadəcə idman növü deyil, həm də sağlam həyat tərzi nümunəsi və əyləncə forması olduğunu bir daha sübut edəcək. Əsl festival ab havası yaşadacaq bu tədbir ustad dərsləri, komandaların rəngarəng yürüşləri, hər yaş qrupunun zövqünə xitab edəcək əyləncə proqramları ilə yadda qalacaq.

Həmin kateqoriyadan