Akif Quluzadədən möhtəşəm qələbə

Tailandın paytaxtı Banqkokda RSV muay-tay liqasında beynəlxalq turnir keçirilib.

Allsport.az xəbər verir ki, ölkəmizi yarışda “Best of the Best” promoşn qrupunun idmançısı 18 yaşlı Akif Quluzadə təmsil edib.

60 kq çəki dərəcəsində çıxış edən muay-tayçı tailandlı rəqibi Petchsamartı məğlub etməklə gecənin kəşfi seçilib. Döyüşü yüksək səviyyədə keçirən Akif Quluzadənin çıxışı turnirin ən maraqlı mübarizəsi kimi qeyd olunub.

Qeyd edək ki, “Best of the Best” promoşn qrupu K-1 döyüş növündə azərbaycanlı idmançıların beynəlxalq yarışlarda təmsil olunmasına dəstək olur. Məhz “Best of the Best”in dəvəti əsasında məşhur idmançılar Badr Hari, Buakav Bençamek ölkəmizə səfər edib.

Həmin kateqoriyadan