Altay Həsənov qitə çempionatında uğurlu çıxış edən gimnastları təbrik edib

Gimnastika federasiyasının vitse-prezidenti Altay Həsənov batut və tamblinq üzrə Avropa çempionatında medal qazanmış gimnastları, eləcə də onların məşqçiləri ilə görüşüb.

Allsport.az saytı xəbər verir ki, o, idmançıları təbrik edib, onlara növbəti yarışlarda uğurlar arzulayıb.

İtaliyanın Rimini şəhərində batutda Maqsud Mahsudov və Hüseyn Abbasov sinxron proqramda qızıl medal qazanıb. Adı ilk çəkilən gimnast gənclərdə eyni nəticəni göstərib.

Tamblinq Adil Hacızadə, Tofiq ƏliyevMixail Malkin komanda yarışında 3-cü olublar.

Həmin kateqoriyadan