- Baxış sayı: 47
- 03 Dekabr 2024 15:58
- Baxış sayı: 104
- Dekabr 05, 2024
- 0
Milli antidopinq agentliyi, ölkə başçısı İlham Əliyevin 14 dekabr 2016-cı il fərmanına əsasən 23 dekabrda dövlət qeydiyyatına alınıb. Allsport.az saytı xəbər verir ki, bu gün AMADA yaradılmasının 4 illiyini qürurla qeyd edir. İlk gündən etibarən fəaliyyətin təməl daşını dürüstlük təşkil edir. Qurum bu prinsipdən yola çıxaraq, Azərbaycan idmanında təmiz idmançılar üçün ədaləti təmin edir.
İdmançıların həyatının ayrılmaz hissəsinə çevrilən idmanı təmiz saxlamaq, onların təmiz və ədalətli idmana olan etimadını qorumaq bizim üçün vacibdir! AMADA gələcəyə innovativ, ən qabaqcıl beynəlxalq təcrübəni Azərbaycanda tətbiq edən, idmançıların rəyinə diqqətlə yanaşan və sosial məsuliyyətə önəm verən təşkilat olaraq addımlayır.
Milli antidopinq agentliyi direktoru Şəfəq Hüseynlidir. agentlikdə 7 departament var və burada ümumilikdə 26 əməkdaş çalışır.