AMADA-da idmançı məsləhət komissiyası

Milli anti-dopinq agentliyi idmançı məsləhət komissiyasının təsis edilməsini elan edir. Allsport.az saytı xəbər verir ki, məqsəd, AMADA-ya antidopinq sahəsində idmançıların hüquqlarının müdafiəsi və təmiz idmanım təşviq edilməsi üzrə məsləhətlərin verilməsidir.

Komissiya 12 idmançı üzvdən ibarət olacaq. 10 yer milli idman federasiyaları tərəfindən təyin edilmiş idmançılara, 2 yer isə müstəqil qaydada ərizə vermiş idmançıya ayrılacaq.

Təyin edilmə zamanı gender bərabərliyi və yaş üzrə təmsilçilik prinsipləri əsas götürüləcək. Komissiyanın tərkibi rotasiya qaydaları üzrə dəyişəcək.

Müstəqil yerlər üzrə müraciət açıq elan edilir. Nəzərə alınması üçün, bütün müraciətlər, CV daxil olmaqla, 15 fevral 2020-ci il tarixinədək office@amada.az ünvanına göndərilməlidir.

Həmin kateqoriyadan