- Baxış sayı: 53
- 24 Sentyabr 2026 19:38
- Baxış sayı: 78
- Sentyabr 25, 2026
- 0

Milli anti-dopinq agentliyi səyahətçilər üçün Dünya sağlamlıq təşkilatının məsləhətlərini dərc edib. Allsport.az saytı sizi həmin faydalı tövsiyyələrlə tanış edir:
Kəskin nəfəs yolları infeksiyalarından əziyyət çəkən şəxslərlə sıx təmasdan çəkinmək;
Tez-tez əl yumaq, xüsusilədə xəstə insanlar və ya onların mühitlərilə birbaşa təmasdan sonra;
Diri və ya ölü ferma və ya vəhşi heyvanlarla yaxın təmasdan yayınmaq;
Kəskin nəfəs yolları infeksiyası simptomları olan səyahətçilər öskürək etiketinə riayət etməlidirlər (məsafəni saxlamaq, öskürək və ya asqırmanı birdəfəlik salfet və ya dəsmal ilə örtmək və əlləri yumaq);
Tibbi preparatların istifadəsi halında qadağan edilmiş maddələrin mövcudluğunu yoxlamaq üçün AMADA-ya müraciət etmək olar.