AMADA-nın KİV üçün illik hesabatında hansı bilgilər verildi?

Bu gün AMADA-nın illik hesabat xarakterli mətbuat konfransı keçirildi. Allsport.az saytı xəbər verir ki, öncəki illərdən fərqli, koronavirus pandemiyası ilə əlaqədar toplantı onlayn formada oldu. Tədbirdə agentliyin direktoru Şəfəq Hüseynli il ərzində görülən işlər barədə ətraflı məlumat verdi.

Nəzərinizə çatdıraq ki, 2020-ci il bir antidopinq sahəsində bir sıra vacib hadisələrlə yadda qalıb. COVİD-19-un dopinq nəzarəti sahəsinə təsiri, pandemiyanın yaratdığı reallıqlara uyğun fəaliyyətin necə qurulması ilə bağlı KİV geniş bilgiləndirildi. Gələn ildən etibarən yeni antidopinq məcəlləsi, habelə yeni standartlar və qaydalar qüvvəyə minəcək. Yeni qaydalar milli idman federasiyaları, idmançılar və idmançıya köməkçi heyəti üzərinə bir çox vacib öhdəliklər qoyur və öhdəliklərin yerinə yetirilməməsinmə görə sanksiyalar nəzərdə tutulur.

Həmin öhdəliklər və sanksiyalar ilk dəfə ictimaiyyətə açıqlandı. Yeniliklərin vaxtaşırı AMADA tərəfindən məlumatlandırılacaq. Bundan əlavə, il ərzində qəbul olunmuş sanksiya qərarları, nəticələri ləğv edilmiş və medalları geri alınmış idmançılarla bağlı informasiya verildi. Bildirikdi ki, agentlikdə 7 departament var və burada ümumilikdə 26 əməkdaş çalışır. Federasiya nümayəndələrini maarifləndirilib, imtahandan keçənlərə 385 məsul şəxsə sertifikat təqdim olunub. Qurumun 2 əməkdaşı Tokio-2020 olimpiadasında antidopinq labaratoriyasında yer alacaqlar.

AMADA yarandığı bu 4 ildə 4627 test götürüb, bunun 1087-si cari ilin payına düşür. Türkiyə və Kanadada eyni təşkilatla əməkdaşlıq müqaviləsi bağlanılıb, qarşılıqlı test və maarifləndirmə olacaq.
4 il ərzində 80, cari mövsüm 24 antidopinq qayda pozuntusu araşdırılıb, onlardan 17-si analitik, 7-si isə qeyri-analitik nəticələr əsasında olub. Gələn il yqni qaydaya əsasən, öncədən təlim-məşq toplanışıları və idmançıların siyasını təqdim etməyən federasiyalara cəza tətbiq olunacaq. Ölkə içi 6, yurd dışı 3 qayda pozuntusuna sanksiya veriləcək.

Həmin kateqoriyadan