- Baxış sayı: 34
- 08 May 2026 15:00
- Baxış sayı: 12
- May 11, 2026
- 0

Milli antidopinq agentliyi qadağan olunmuş həblərlə mübarizə sahəsində maarifləndirici seminarları davam etdirir. Allsport.az saytı xəbər verir ki, bu dəfə məşğələ qılıncoynadanlar üçün olunub.
Toplantıda dinləyici qismində millinin üzvləri, məşqçilər heyəti və federasiya rəsmiləri iştirak ediblər. AMADA-nın təhsil və təlim üzrə meneceri Lalə Hacıyeva idmançılara dopinq nəzarəti prosesi, məkan məlumatlarının təqdim edilməsi, qadağan olunan preparatlar və başqa mövzularla bağlı ətraflı məlumat verib.
İnteraktiv şəkildə keçirilən iclasda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.