Arif Rəhimov: Bakı trasında pit-leynə daxil olma qaydası dəyişdirilib

Bakı trasının icraçı direktoru Arif Rəhimov açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o bu il yürüşdən əvvəl təşkilatçıların pit-leynə girişini, eləcə də yeni nəsil Formula-1 bolidlərinin alçaq klirensini (yolun səthi ilə avtomobilin mərkəzi hissəsinin ən alçaq nöqtəsi arasında məsafə) nəzərə alaraq, bəzi sədləri dəyişdirdiyini söyləyib.

“Biz pit-leynə girişi azacıq dəyişmişik. Trasın özündə dəyişikliklər yoxdur, lakin Beynəlxalq Avtomobil Federasiyasının (FIA) xahişi ilə pit-leynə daxil olmanı daha təhlükəsiz etmək üçün bu qaydaları modifikasiya etmişik. Görək, bu dəyişikliklər nə ilə nəticələnəcək. Pilotlar pit-leynə giriş zamanı adətən çox səhvə yol vermirlər.

Bordür daşlarına gəlincə, adətən pilotlar yürüşdən sonra belə deyirlər: “Filan hissədə polad bordür yığışdırılmalı, filan hissədə isə əlavə olunmalıdır.

Bakı trasının dar hissəsi olan İçərişəhər qarşısında döngəyə gəlincə, biz orada sədləri gah götürür, gah da əlavə edirik. Maşınlar trasdan keçməyincə, qərarın düzgün verilib-verilməməsini bilmək heç vaxt mümkün deyil”.

Həmin kateqoriyadan