“Audi” avtomobil şirkəti Formula-1-ə qoşulur

“Audi” avtomobil şirkəti Formula-1-ə qoşulduğunu elan edib. Allsport.az saytı xəbər verir ki, bu barədə avqustun 26-da start götürən Belçika qran prisinə həsr olunmuş mətbuat konfransında deyilib.

Almaniya şirkəti 2026-cı ildə yarışlarda çıxış edəcək. Almaniya təmsilçisi təkcə öz mühərriklərini yaratması deyil, həm də hazırda “Alfa Romeo” brendi altında fəaliyyət göstərən “Sauber” komandasının əsas sahibi olacağı gözlənilir.

“Audi” rəhbərliyi komandanın səhmlərinin 75 faizinə sahib olmağı planlaşdırır. Lakin bu hələ rəsmi təsdiqini tapmayıb. Şirkətin əməkdaşlıq edəcəyi komanda ilin sonunadək açıqlanacaq.

Həmin kateqoriyadan