Avropa çempionatında millimizin əzmkarlıq nümayişi

Avropa çempionatında millimizin əzmkarlıq nümayişi

Macarıstanın Budapeşt şəhərində baş tutan bədii gimnastika üzrə Avropa çempionatında qrup hərəkətləri üzrə millimiz mübarizəni sona qədər davam etdirəcək.

Allsport.az xəbər verir ki, millimizin üzvləri 5 halqa ilə çıxışlarında 37,050 xal, 3 lent və 2 top proqramında isə 33,150 xallıq nəticə göstərərək hər iki proqram üzrə 4-cü pilləyə yüksəlib. Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət  yığmamız beləliklə həlledici mərhələdə – finalda iştirak haqqı qazanıb.

Həmçinin millimiz çoxnövçülük proqramında (5 halqa; 3 lent və 2 top) 70,200 xal toplayaraq siyahıda 4-cü yerdə qərarlaşıb.

Həmin kateqoriyadan