Avropa çempionatında U-16 basketbol millimizə ermənilər rəqib oldu. U-18 “C” divizionu Bakıda!

Almaniyanın Frayzinq şəhərində FİBA-nın Avropa zonası üzrə püşkatması keçirilib. Allsport.az saytı xəbər verir ki, ənənəvi olaraq 3 yaş dərəcəsində (U-20, U-18, U-16) və 3 divizion üzrə 16 gənclər yay turnirində 48 milli federasiyandan 246 komanda qeydiyyatdan keçib. Oğlanlarda 129 seçmə, qızlarda 117 milli qatılıb.

18-23 iyulda Andorrada 16 yaşlı qızların Avropa çempionatı “C” divizionunda yığmamız “B” qrupunda meydan sahibələri, Moldova və Albaniya ilə üz-üzə gələcəklər.

19-27 iyulda Kosovoda 16 yaşlı oğlanlarda eyni dəstədə U-16 basketbolçularımız “B” qrupunda ev sahibləri, Albaniya, Kipr, Ermənistan və San Marinoya rəqibi olacaq.

29 iyul – 6 avqustda Bakıda keçiriləcək 18 yaşlı oğlanların qitə çempionatının “C” divizionunun bizimkilər Malta, Kipr və Moldova ilə “A” qrupunda yer alıb.

Həmin kateqoriyadan