Azərbaycanlı idmançıya 12 illik cəza! Şəfəq Hüseynli: İşə mane olan federasiyalar var

Bu gün milli antidopinq agentliyi ilin yekunları ilə bağlı toplantı keçirdi. Allsport.az saytı xəbər verir ki, cari ildə 16 antidopinq qayda pozuntusu aşkar edilib. AMADA-nın rəhbəri Şəfəq Hüseynli növbəti ilin ilk aylarında dəqiq rəqəmin məlum olacağını bildirib. Qayda pozuntularından 4-ü ağırlıqqaldırma, 4-ü boks, 2-si karate, 2-si güləş və hər birində 1 hal olmaqla atıcılıq, sambo, cüdo və amerikan futbolu üzrə qeydə alınıb.

Mütəxəssis, bir idmançının 12 illik diskvalifikasiya tətbiq olunduğunu bildirdi. Qurum rəsmisi həmin idmançının adını və təmsil etdiyi növü açıqlamadı. O, işin apellyasiya prosesində olduğunu söylədi. Şəfəq xanım əlavə etdi ki, antidopinq təlimlərinin keçirilməsinə, siyahının verilməsinə mane olan federasiyalar da var. Üstəlik, dopinq-sınaqdan yayıyan idmançılar da qalmaqdadır. Belələrini, disflikasiya gözləyir. Növbəti ildə pauerliftinq və kikboksda çıxış edən idmançılarda da testlər götürüləcək.

AMADA idmançıların bioloji pasportlarının sayını 51-dən 80-ə çatdırıb. Milli test proqramındakı testlərdən başqa, 2019-cu ildə AMADA beynəlxalq federasiyaların sifarişi əsasında keçirdiyi testlərin də sayını artırıb. Agentlik cari ildə 332, ötən il 101, 2017-ci ildə isə 207 belə test keçirib.

Həmin kateqoriyadan