- Baxış sayı: 49
- 11 Noyabr 2026 22:17
- Baxış sayı: 355
- Noyabr 09, 2026
- 0

Həftəsonu “AHF arena”da qadın həndbolçuların yüksək dəstəsinin 13-cü və 14-cü turlarında lider “Azəryol” ölkə çempionatının mükafatlarına iddialı “Qarabağ”ı hər 2 görüşdə məyus edib – 35:31, 30:28. Flaqmanın, eləcə də millinin aparıcı oyunçusu Ulviyyə Şərifova allsport.az saytına sevincini bölüşüb:
“Deməzdim ki, oyunlar çox çətin keçdi. Yəqin, əsəblər tarıma çəkilmişdi. Biz hər 2 mübarizəni udduq. Əslində, oyunumuzdan elə də məmnun qalmadıq. Daha yaxşı çıxış edə bilərdik. Hər 2 komanda sonacan mübarizə apardı və qalib gəlmək istəyirdilər”.