Azad Rəhimov: 10 ölkəyə ekspert yardımı göstərməyə hazırıq

Gənclər və idman naziri Azad Rəhimov dopinq proqramlarının beynəlxalq standartlara uyğun olmayan 10 ölkəyə ekspert yardımını göstərməyə hazır olduğunu bildirib.

Allsport.az saytı xəbər verir ki, o bu fikri Parisdə keçirilən BMT-nin təhsil, elm və mədəniyyət təşkilatının (UNESCO) 7-ci sessiyasında səsləndirib.

Səfəri çərçivəsində Azad Rəhimov UNESCO-nun baş direktorunun humanitar və sosial elmər üzrə müavini Nada əl-Naşif, ümumdünya anti dopinq agentliyinin (WADA) yeni seçilmiş prezidenti, Polşanın idman və turizm naziri Vitold Banka, Avropa şurasının idman konvensiyalarının direktoru Sergey Xriçikov, Rusiya federasiyasının idman naziri Pavel Kolobkov, Səudiyyə Ərəbistanı şahzadəsi Fahad bin Jalavi al Saud və digərləri ilə ikitərəfli görüşlər keçirib. 

Tədbirin açılışında idmanda dopinqinlə mübarizə və beynəlxalq əməkaşlıq mövzusuna dair panel müzakirələrdə çıxış edən Azad Rəhimov Azərbaycanın idman sahəsində qazandığı geniş təcrübə haqqında söz açmış və ölkəmizlə beynəlxalq strukturların idman əlaqələrinin genişləndirmə imkanlarını müzakirə edib.

Həmin kateqoriyadan