Bədii gimnastlarımızdan daha 2 medal 

Azərbaycan millisi Almaniyanın Fellbax-Şmiden şəhərində bədii gimnastika üzrə keçirilən “Gimnastik İnternational 2024” beynəlxalq turnirində daha 2 medal qazanıb.

Allsport.az xəbər verir ki, gənc gimnastlarımız Şəms Ağahüseynova və İlahə Bahadırova fəxri kürsüdə yer alıblar.

Şəms lentlə hərəkətlərin icrasında gümüş, İlahə isə topla hərəkətlərdə bürünc medal qazanıb.

Qeyd edək ki, turnirin ilk günüdə gənc gimnastlarımız Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova, Fidan Qurbanlı komanda hesabında bürünc medal qazanıblar.

Həmin kateqoriyadan