“Bakı” həlledici mərhələyə adladı

“Bakı” komandası kişi həndbolçuların Azərbaycan kubokunun finalına yüksəlib.

Allsport.az xəbər verir ki, bu gün keçirilən ilk yarımfinal görüsündə “Dinamo” ilə qarşılaşan “Bakı” pərəstişkarlarının etimadını layiqincə doğruldub. Fasiləyədək 21:12 hesablı üstünlük qazanan paytaxtın eyni adlı komandası favorit statusunu inamlı qələbə ilə təsdiqləyib – 45:30.

Sabah keçiriləcək “Azəryol” – “Kür” görüşündə ikinci finalçı müəyyənləşəcək.

Həmin kateqoriyadan