“Bakı şəhər halqasında 1-ci döngədə daim maraqlı mübarizə gedir”

“Bakıdakı trekin böyük azarkeşiyəm. Çünki bu trasın bir sıra maraqlı cəhətləri və üstünlükləri var. Belə ki, 1-ci döngədə daim maraqlı mübarizə gedir. Bu dövrədə müxtəlif strateji variantlar tətbiq olunur. Yarışda trekin düz hissəsi pilotlara ötmə imkanı versə də, başlanğıcdakı mövqe də çox vacibdir”.

Allsport.az saytı xəbər verir ki, bunu Formula-1 üzrə dünya çempionatında mübarizə aparan “Maklaren”in sürücüsü Daniel Rikkardo deyib. O, Bakı şəhər halqasında gözlənilməz hallarla rastlaşmağın mümkünlüyünü söyləyib:

“Amma buna baxmayaraq, istənilən imkanlardan istifadə etməyə hazırıq. Monako qran-prisi istədiyim kimi keçməsə də, əminəm ki, qarşıdakı həftəsonundan – Bakı yarışından maksimum yararlana biləcəyik”.

Həmin kateqoriyadan