Bakı trasında qəza törədən sürücü Formula1-in Afrikaya qayıtması fikrini dəstəkləyib

Formula1 ötüşməsi 4 qitədə keçirilsə də, son 27 ildə Afrika həmin yarışlardan kənar qalıb.

Allsport.az saytı xəbər verir ki, 1993-cü ildə Cənubi Afrika Respublikasında Alen Prostun qələbəsindən sonra, “qara qitə” bu mötəbər idman tədbirinə ev sahibliyi edə bilmir.

Rəhbərlik yenidən Afrikada yarış keçirməyin planlarını cızır. Lüis Həmilton da bu fikrə dəstək çıxıb.

2017-ci ildə Azərbaycan mükafat yarışında “Mersedes”in pilotu təhlükəsizlik avtomobilinin çıxış dövrəsində birdən yavaşlamış və bunu gözləməyən “Ferrari”dən əsas rəqibi Sebastyan Fettel arxadan ona çırpılmışdı.

Həmin kateqoriyadan