Bakıda 5 dəst medalın sahibləri

Bakıda təşkil olunan gimnastika üzrə dünya kuboku başa çatıb.

Allsport.az xəbər verir ki, yarışın son günündə 5 dəst medal öz sahibini tapıb.

Dayaqla tullanmada kişilərin mübarizəsində Ukrayna təmsilçisi Nazar Çepurnıy qızıl medal qazanıb. O, Vai-Hunq Şek (Honkonq) və Harri Hepuortu (Böyük Britaniya) qabaqlayıb.

Qadınların gimnastika tiri yarışı Çin idmançısının qələbəsi ilə yekunlaşıb. Janq Qinqyinq bütün rəqiblərini qabaqlayaraq, 1-ci yeri tutub. Yaponiyalı Takezava Kaoruku 2-ci, belçikalı Nina Dervael 3-ci pillədə qərarlaşıb.

Kişi idmançılar arasında baş tutan idman atı yarışında maraqlı nəticə qeydə alınıb. Çix Kai Li (Tayvan) və Stefen Nedoroşik (ABŞ) eyni xal toplayaraq, qızıl medal qazanıblar. Bürünc medal digər tayvanlı Yu Can Çiaoya qismət olub.

Sərbəst hərəkətlərdə qadın gimnastlar arasında Şarlin Moerts (Avstriya) bütün rəqiblərini qabaqlayıb. O, Yuşan Ou (Çin) və Kauilya Nemuru (Əlcəzair) arxada qoyub.

Kişilərin turnik yarışında litvali Robert Tvoroqal fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Braziliyalı Artur mariano gümüş, kolumbiyalı Anhel Baraxas isə bürünc medal qazanıblar.

Həmin kateqoriyadan