Bakıda sprint yarışını xüsusi qaydalarla keçiriləcək

Azərbaycanda 29 apreldə, şənbə günü keçiriləcək sprint yarışının nəticələri bazar günü bolidlərin start düzülüşünə təsir etməyəcək. Allsport.az saytı xəbər verir ki, 2021-ci ildən etibarən Formula-1-də sprint yarışları tətbiq olunduğundan, bu sıralama ilə əsas bazar günü yarışı arasında əlaqə vasitəsi kimi tətbiq edilir. Eyni zamanda, yeni mövsümdən sprint yarışlarının ümumiyyətlə hər həftəsonu keçirildiyi Motogp-də olduğu kimi təşkil oluna bilər.

Hər iki yarışın sıralanmasını kvalifikasiyanın nəticəsi müəyyən edir. F-1 komitəsinin son iclasında Çempionatın baş direktoru Stefano Domenikali aprelin sonunda keçiriləcək Azərbaycan qran prisində də eyni yanaşmanın sınaqdan keçirilməsini təklif edib. Bu ideya çempionat iştirakçılarının tam rəğbəti ilə qarşılanıb. Eksperiment komandaların idman direktorları tərəfindən təklif edilib. Danışıqlar bir müddət idi ki, davam edirdi və həftəsonu Melburnda bütün əsas detallar müzakirə olunub.

Bakı mərhələsinin konkret olaraq necə müəyyənləşəcəyi hələ müəyyən olunmayıb. Seçim bir-birinə çox yaxın olan iki variantdan təyin olunacaq. Cümə günü həmişə olduğu kimi, bir saatlıq məşq və kvalifikasiya keçirilcək lakin sonuncu mərhələ əsas yarışın sıralanmasını təyin edəcək. Şənbə isə yarış günü kimi qalacaq. Çox vaxt tənqid edilən səhər sessiyası öz yerini sprint sıralama sessiyası ilə əvəz edəcək.

İkinci variant sprint kvalifikasiyasını cümə günü günorta, əsasını isə şənbə günü səhər keçirməkdir.Bu qərar qəbul olunduqdan sonra, çempionatın İdman qaydaları tez bir zamanda yeniləyəcək. Bunun üçün qapalı park “Parc Ferme”qaydalarını təyin etməkdə “Pirelli”nin Azərbaycan paytaxtına gətirəcəyi şinlərin sayı barədə qərar vermək lazımdır.

Həmin kateqoriyadan