Batut və tamblinqdə finala adladılar

İtaliyanın Rimini şəhərində beynəlxalq turnirində millidən Bilal Qurbanov 13-16 yaş qrupunda 48,500 xalla bütün rəqiblərini üstələyərək, tamblinq üzrə qızıl medal qazanıb.

Allsport.az saytı xəbər verir ki, bu yaş qrupunda batut üzrə sinxron cütlüklər arasında təsnifat mərhələsində Hüseyn AbbasovMaqsud Mahsudov 1-ci, Nicat MirzəyevƏli Niftəliyev 4-cü pillədə qərarlaşaraq finala adlayıblar.

Fərdi proqramda təsnifat mərhələsində isə Maqsud Mahsudov 1-ci, Hüseyn Abbasov 5-ci, Nicat Mirzəyev 6-cı yeri tutaraq finala vəsiqə əldə edib.

Həmin kateqoriyadan