Batutda daha 3 medal

İtaliyanın Rimini şəhərində batut gimnastikası və tamblinq üzrə 3-cü “Aere Trampoline Cup” beynəlxalq turnirində yığma komandamızın üzvləri batut üzrə 13-16 yaş kateqoriyasında daha 3 medal qazanıblar.

Allsport.az saytı xəbər verir ki, fərdi proqramda mübarizə aparan Maqsud Mahsudov qızıl medal qazanıb. İdmançımız sinxron cütlük proqramında da komanda yoldaşı Hüseyn Abbasov ilə birlikdə ən güclü olduğunu sübuta yetirib.

Sinxron cütlüklər proqramında daha bir gümüş medala Nicat Mirzəyev və Əli Niftəliyev sahib çıxıblar.

Xatırladaq ki, komandamıza ilk qızıl medalı tamblinq üzrə 13-16 yaş qrupunda Bilal Qurbanov qazandırmışdı.

Həmin kateqoriyadan