Belarus çempionu qadağa götürüldükdən sonra ilk turnirdə sevinib. Amma o, Paris-2024-ə buraxılmayacaq

Bədii gimnastikada ən vacib an – olimpiya mövsümü başladı.

Allsport.az xəbər verir ki, liderlər gedəcəkləri turnirləri diqqətlə seçirlər və yeni proqramlar tətbiq edirlər. Həmçinin bu ildən etibarən Rusiya və Belarus idmançılarının beynəlxalq arenaya çıxmasına rəsmi icazə verilib. Gimnastlar neytral status almamaq və ölkə daxilində mübarizəni davam etdirmək qərarına gəliblər. Belarus milli komandasının liderləri beynəlxalq yarışlarda iştirak edə biləcək idmançıların siyahısına ilk gələnlər sırasında olublar.

Belə ki, 2021-ci il dünya çempionu və Tokio olimpiadasının bürünc mükafatçısı Alina Qornosko dünya kuboku üçün Yunanıstana yollanıb. Çoxnövçülüyün ilk günü onun üçün heç də alınmadı – top və halqadan sonra gimnast cəmi 12-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi. İkinci gün o, özünü toparladı və lentdə ən yaxşı nəticələrdən birini göstərdi və nəticədə çoxnövçülükdə bürünc medal qazandı.

Həmin kateqoriyadan