Birinci xanım gimnastlarımızı təbrik edib

Paytaxtımızın ev sahibliyi etdiyi bədii gimnastika üzrə 39-cu Avropa çempionatı başa çatdı. 38 ölkədən 315 idmançı ilin ən mötəbər gimnastika yarışında 5 gün boyunca mübarizə apardı.

Allsport.az xəbər verir ki, bədii gimnastika üzrə iki dəfə dünya, dörd dəfə isə qitə çempionatına uğurla ev sahibliyi edən Azərbaycan bir daha özünü yüksək təşkilatçı kimi təsdiqləməyi bacardı. Çempionat həmçinin komandamızın Avropa çempionatında 5 medalı (1 qızıl, 4 bürünc) ilə yadda qaldı.
Əlavə olaraq ölkənin 1-ci xanımı Mehriban Əliyeva da öz növbəsində gimnastlarımızı təbrik edib.

Birinci vitse-prezident bunu öz Feysbuk hesabında paylaşıb.

Həmin kateqoriyadan