Boksçuların ölkə çempionatı

Oktyabrın 18-də Azərbaycan çempionatına start veriləcək. Allsport.az saytı xəbər verir ki, Bakı boks mərkəzində 13 çəki dərəcəsi üzrə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 38 komandanın 146 idmançı qatılacaq.

Yarışın açılışı saat 13:30-da, döyüşlər saat 14:00-da başlanacaq. Mərasimindən öncə çempion və veteran boksçuların 2-ci Vətən müharibəsi şəhidlərinin övladları ilə görüşü olacaq.

Çempionatda qaliblərin adına oktyabrın 25-də aydınlıq gələcək. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Yarışın baş hakimi Emil Qurbanəliyev olacaq. Döyüşləri yerli referilərlə yanaşı, xarici ədalət təmsilçiləri də idarə edəcəklər. Türkiyə və Özbəkistandan olan 4 hakim İBA-nın 3 ulduz kateqoriyasına, həmçinin dünya çempionatı və yay olimpiya oyunları təcrübəsinə malikdir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish