“Böyük imkanlara kiçik addım”

Formula1-in Azərbaycan üzrə təşkilatçısı Bakı Şəhər Halqası əməliyyat şirkəti və Azərbaycandakı Amerika Ticarət Palatasının birgə səyi ilə “Böyük imkanlara kiçik addım” adlı karyera yarmarkası keçirilir. Allsport.az saytı xəbər verir ki, tədbirdə ümumilikdə 40-a yaxın müxtəlif şirkət və qurum təmsil olunur.

Əməliyyat şirkətinin insan resursları və işçi qüvvəsi şöbəsinin müdiri İranə Əhmədova gənclər inkişafında Bakı Şəhər Halqası Akademiyasının fəaliyyətini yüksək qiymətləndirib.

Bildirib ki, yarmarkanın keçirilməsində məqsəd gənclərin yerli şirkətlərlə əlaqə yaratmaq və CV-lərini birbaşa şirkətlərə təqdim etmək, karyera qurmaq istiqamətində fəaliyyətlərinin düzgün planlaşdırılması üçün təcrübə proqramları, işə qəbul prosesləri ilə tanış olmaqdır.

Həmin kateqoriyadan