“Bu gün oyunum alındı”

Bakı idman sarayında kişi həndbolçuların Avropa çempionatı-2026-nın ilkin ələməsi davam edir. Allsport.az saytı xəbər verir ki, 2-ci turda millimiz Böyük Britaniyaya 22:39 yenildi. Azərbaycan yığmasından görüşün ən yaxşı oyunçusu Oleq Georgiyevski seçildi. O, 9 qolla ən məhsuldar oldu. Matçdan sonra təcrübəli həndbolçu allsport.az saytına açıqlama verdi:

“Bu gün ilk hissədə yaxşı çıxış etmədik. Rəqibin belə oynayacağına hazır deyildik. Məşqçilər heyəti sonradan görəndəki dönüş etmək mümkün olmayacaq, təcrübə toplamaq üçün 2-ci heyəti meydançaya buraxdı.

Düzdür, dünənlə müqayisədə, bu gün oyunum alındı. Çoxlu qollar vurdum. Amma istərdim ki, bu komanda şəklində olsun. Sabah Kipr millisinə qarşı qələbə üçün çıxacağıq. Sərt və aqresiv oynamaq lazımdır”.

Həmin kateqoriyadan