“Bu səfər yaddaşda xoş xatirə kimi qalacaq”

Bakıda “Büllur” sarayda keçirilən UFC gecəsində Tahir Ulanbəyov qırğızıstanlı Azad Maksuma qalib gəldi. Allsport.az saytı xəbər verir ki, döyüşdən sonra rusiyalı idmançı bunu dedi:

“Dağıstandan Bakıya böyük heyətlə gəldik. Hər yerdə biz birik – ailə kimi. Kim harda döyüşdə, ora səfər edib dəstəkləyirik.

Bakıda bizi çox isti qarşıladılar. Qonaqpərvərliyə görə təşəkkür edirəm. Bu səfər yaddaşda xoş xatirə kimi qalacaq. Söhbət qələbədən gedirsə, bu özəlliklə yüksək ovqatladır”.

Həmin kateqoriyadan