- Baxış sayı: 72
- 05 Avqust 2026 19:38
- Baxış sayı: 91
- Avqust 10, 2026
- 0

Gənclər və idman nazirliyinin “İdman hamı üçün” layihəsi çərçivəsində iyunun 18-də gimnastika hamı üçün növü üzrə 1-ci Bakı beynəlxalq “Çellenc” ustad dərsləri keçirilib.
Allsport.az xəbər verir ki, Bakı konqres mərkəzinin ərazisində baş tutan tədbirdə müxtəlif musiqili-nümunəvi çıxışlar təqdim edilib.
Azyaşlı uşaqlar proqrama qoşularaq, gimnastika mütəxəssislərinin rəhbərliyi altında isinmə, gimnastika, rəqs hərəkətlərini yerinə yetiriblər.
Dünyada böyük populyarlığa malik qeyri-yarış növü olan gimnastika hamı üçün Azərbaycanda yeni inkişaf edən idman növləri sırasındadır. Bu növlə yaşından və fiziki qabiliyyətindən asılı olmayaraq, hər bir şəxs məşğul ola bilər.