COVİD-19 və Tİİ. İdmançı nə etməli?

İdmançının qadağan olunmuş maddə və ya üsuldan istifadəsini tələb edən sağlamlıq vəziyyəti yaranarsa, terapevtik istifadə üçün istisna (Tİİ) icazəsi alınmalıdırmı? Allsport.az saytı xəbər verir ki, əgər idmançı dopinq nəzarətinə məruz qalırsa, hər hansı maddəni istifadədən öncə qadağan edilmiş siyahıda yoxlamasına cavabdehdir.

İdmançı həkimi ilə əlaqə saxlamalı və rəsmi Tİİ icazəsi almalıdır.Əgər idmançı Tİİ icazəni almaqdan ötrü lazımi sənədləri əldə etmək üçün həkimi ilə COVID-19 pandemiyası səbəbilə əlaqə saxlaya bilmirsə, müvafiq tələblərin yerinə yetirilməsi məqsədilə atdığı addımları və maneələri sənədləşdirməlidir.

Belə bir hal individual şəkildə nəzərdən keçiriləcəkdir. Beynəlxalq Tİİ Standartlarında idmançının təcili və ya müstəsna hallarda retroaktiv Tİİ üçün müraciət etməsini nəzərdə tutan müddəalar mövcuddur.

Həmin kateqoriyadan