- Baxış sayı: 118
- 25 İyun 2026 00:34
- Baxış sayı: 118
- İyun 25, 2026
- 0

İsrail paytaxtı Təl-Əvivdə bədii gimnastika Avropa çempionatı sona yetib.
Allsport.az saytı xəbər verir ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilə Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Dərya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komandamız 5 halqa ilə hərəkətlərin icrasında bürünc (34.750 xal) medala yiyələniblər.
Millimiz eyni nəticəni 3 lent və 2 topla (31.900 xal) qazanıb. Yarışın ilk günlərində qızlar çoxnövçülükdə də 3-cü olmuşdular (65.400 xal).