Daha 2 qran-prinin yeri və vaxtı məlum oldu

Formula 1 üzrə dünya çempionatının daha 2 mərhələsinin vaxtı açıqlanıb. Allsport.az xəbər verir ki, mövsümün 9-10-cu mərhələsinə İtaliya və Rusiya ev sahibliyi edəcək. Toskana qran-prisi sentyabrın 11-13-də Mucello trasında keçiriləcək.

Rusiyanın ev sahibliyi edəcəyi Soçi qran-prisi sentyabrın 25-27-də baş tutacaq

Öncə Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-Priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv edilib. Mövsümə iyulun 5-i Avstriya qran-prisi ilə start verilib.

Həmin kateqoriyadan